RU

Husilər ABŞ və İsrail gəmilərinə hücum etdi

Yəmən husiləri ABŞ və İsrail gəmilərinə qarşı dörd böyük əməliyyat keçirdiklərini bəyan ediblər.

Publika.az xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı husilərin bəyanatına istinadən məlumat yayıb.

Açıqlamaya görə, ilk əməliyyat İraqdakı müqavimətlə birgə həyata keçirilib və Aralıq dənizində Hayfa limanına doğru hərəkət edən "Waler" neft gəmisinə qarşı yönəlib. İkinci əməliyyat zamanı Qırmızı dənizdə ABŞ-ın “Delonix” gəmisinə bir neçə ballistik raket atılıb. Üçüncü əməliyyatda Fələstin limanlarına giriş qadağasını pozan “Maersk” şirkətinə məxsus Aralıq dənizindəki “Johannes Maersk” gəmisi hədəf alınıb. Qırmızı dənizdə dördüncü “İoannis” gəmisinə hücumun səbəbi də qadağanın pozulması olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
publika.az

1Источники