RU

Baş prokuror Qazaxda qəbul keçirib

İyunun 28-də Baş prokuror Kamran Əliyev Qazax Rayon Prokurorluğunun inzibati binasında Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 24 nəfər vətən­daşın müraciətində konkret cinayət işləri­nin istintaqı və törədilmiş cinayətlər barə­də məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamı­nın müdafiəsi, habelə mülki xarakterli mü­bahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluq­da və ya aidiyyəti icra orqanlarında ope­rativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əmək­daşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaş­ların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
xalqqazeti.az

1Источники