RU

Bakının bu ərazisində evlər sökülür

Bakı. Trend:

Bakının Xətai rayonunda "Sevirəm" parkının genişləndirilməsiüçün işlərə başlanılıb.

Bunu Trend-ə Xətai Rayon İcra Hakimiyyətininictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanovbildirib.

Onun sözlərinə görə, Kamandar Əhmədov, Həmid Abbasbəyli, YusifSəfərov və Sergey Senyuşkin küçələrindəki qəzalı vəziyyətdə olanevlər sökülür.

"Sökülən evlər, əsasən, birmərtəbəlidir. Ərazidə park salınacaq.Bu park da "Sevirəm" parkının davamı olacaq. Evləri sökülənsakinlərlə müqavilə bağlanılır, vəsaitləri ödənilir", - deyə o qeydedib.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyətipaytaxtda aparılan geniş tikinti-quruculuq işləri çərçivəsində birçox yerlərdə istismar müddəti bitmiş, qəzalı bina və tikililərinəvəzinə yeni bina və obyektlər yox, məhz parklar salındığınıaçıqlamışdı. Bildirilmişdi ki, Xətairayonunda yerləşən “Sevirəm” parkının genişləndirilməsi ilə bağlıişlər görülür. Bununla əlaqədar şəhərin əsas magistral yollarındanolan Yusif Səfərov küçəsinin ətrafında yerləşən və istismar müddətibitmiş tikililərin sökülməsi və ərazidə yaşayan sakinlərə və obyektsahiblərinə mövcud qanunvericiliyə uyğun olaraq kompensasiyaödənilməsi şərti ilə onların köçürülməsi prossesi həyatakeçirilir.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
2
az.trend.az

3Источники