RU

Azərbaycan Belarusdan kartof idxalını 3 dəfə azaldıb

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan Belarusiyadan 2 milyon 554 min dollar dəyərində 8 min 215 ton kartof idxal olunub.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Kartof idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 4 milyon 294 min dollar və ya 2,7 dəfə, miqdar ifadəsilə 13 min 736 ton və ya 2,7 dəfə azalıb.

2023-cü ilin ilk 4 ayında isə Azərbaycandan 6 milyon 848 min dollar dəyərində 21 min 951 ton kartof idxal olunmuşdu.

1 kq kartofun orta idxal qiyməti 2024-cü ilin dörd ayında 0,53  manata başa gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
11
fed.az

1Источники