RU

İranda prezident seçkilərində Məsud Pezeşkian irəlidədir

İranın sabiq səhiyyə naziri, "İslahatçılar" düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian hesablanan 14 milyon səsə əsasən, öndədir.

Olaylar-ın məlumatına görə, bunu İran Daxili İşlər Nazirliyi yanında Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.

M.Eslami bildirib ki, 58 min seçki məntəqəsindən 37 minində bülletenlər hesablandıqdan sonra Məsud Pezeşkian 5,95 milyon, İranın Ali Liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlil 5,56 milyon, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf 1,89 milyon və sabiq təhlükəsizlik rəsmisi 111 min səs toplayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
olaylar.az

1Источники