RU

2024-CÜ İLİN YAYI NECƏ YADDA QALACAQ?! - İdeal variant odur ki...

Müharibənin dörd geosiyasi nəticəsindən üçü hələ də reallaşmayıb

44 günlük müharibədən sonra beş illik keçid müddəti yarandı ki, bundan sonra regionda keyfiyyətcə yeni bir dövr başlamalı idi. Əsas məsələ Qarabağdakı Rusiya sülhmərmalılarının taleyinin müəyyənləşməsi idi. Bütün proseslər bir növ bu amilə bağlı idi.

Ancaq keçid müddətinin yalnız üç il yarımı arxada qaldıqdan sonra sülhmərmalılar Qarabağı tərk etdilər! Azərbaycan respublikanın bütün ərazisində suverenliyini bərpa etdi. Hazırda Ermənistan-Azərbaycan gündəmində müzakirə olunan mövzular, ümumiyyətlə, kənar oyunçularla müzakirəsi nəzərdə tutulmayan mövzulardır.

Bununla yanaşı, 44 günlük müharibənin dörd geosiyasi nəticəsindən üçü hələ də reallaşmayıb. Azərbaycanla Ermənistan arasında sülh, Ermənistan-Türkiyə normallaşması və regional kommunikasiyaların açılması hələ baş tutmayıb. Lakin bu məsələlər hərtərəfli işlənib və onların həyata keçməsi üçün nə etmək lazım olduğunu tərəflər bilirlər. Hər üç mövzu bir-biri ilə əlaqəli və bir-birindən asılıdır. Xarici aktorlar nə qədər ardıcıllığı dəyişməyə çalışsalar da, bu gün üçün bütövlükdə prosesin başlanğıcını Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi təşkil edir.

Ermənistan hər üç mövzuda təmsil olunur və bütün bu mövzular üzrə də İrəvandan çox şey asılıdır. Prinsipcə, bu gün bütün proseslər Azərbaycan-Ermənistan-Türkiyə üçbucağında cərəyan edir. Xarici aktorlar hər üç istiqamətdə də irəliləyişin olmamasından istifadə edərək vəziyyəti dəyişməyə, regionda möhkəmlənməyə və müharibənin nəticələrinin icrasını gecikdirməyə, yaxud da özlərinə sərfəli şəkildə tənzimləməyə çalışırlar.

Təəssüf ki, Ermənistan bu işdə onların hamısına mükün qədər kömək edir: İlk iki ildə Rusiya və İran, indi isə Fransa, ABŞ, Aİ bu istiqamətdə addımlar atırlar.

Üçtərəfli oyun: Azərbaycan - Türkiyə - Ermənistan

2024-cü ilin yayı məhz bu formatla yadda qalacaq. Əvvəlki illərdə Rusiya, Aİ, ABŞ öz güclərini sınadılar, amma nəticə əldə edə bilmədilər. Bu təşəbbüslərdə Ermənistan primitiv opportunist kimi çıxış etdi və əvəzini ödədi.

Türkiyə bütün digər aktorlardan fərqli olaraq, ötən əsrin 90-cı illərinin əvvəllərində münaqişə zamanı birbaşa hərəkətə keçdi. Ermənistanla sərhədləri bağladı, diplomatik əlaqələri kəsdi və İrəvanla normallaşma üçün şərt qoydu. Bu mövqe Türkiyəni onilliklər ərzində Azərbaycan və Ermənistan arasında vasitəçi olmaq imkanından məhrum etdi. Lakin Bakının ədalətli mövqeyini ardıcıl olaraq dəstəkləmək sonda Türkiyəni daha güclü etdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
11
1
azpolitika.info

2Источники