RU

“Azərbaycanda qisas hissi itkin düşənlərə görə qalıb“ - Erməni deputat

Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri, hakim partiyadan olan deputat  Andranik Koçaryan diqqət çəkən açıqlamalar verib.

News365.azxəbər verir ki, o, "Nyus.am"a müsahibəsində baş nazir Nikol Paşinyanın son açıqlamalarına haqq qazandırıb. Jurnalist “Biz sülh gündəmindən danışan vaxtda Paşinyan Azərbaycanın bizdən qisas aldığını dedi. Bunu necə anlayaq?" sualını verib. Koçaryan isə qondarma erməni "soyqırımı" məsələsini xatırladaraq deyib: "Soyqırımından" sonra bizdə olduğu kimi Azərbaycanda da qisas hissi var. Məlum məsələdir ki, belə hisslər qalır. Bütün bunlar asan unudulacaq mövzular deyil".

Jurnalist etiraz edərək iddia edib ki, guya ermənilər soyqırımı etməyiblər. 

“Müharibə də böyük qurbanlar deməkdir. Onlar hələ də 4500 nəfəri axtarır ki, bu adamlar da müharibədə itkin düşüblər. Bu, həmin ailələrdə qisas hissi yarada bilər, elə deyilmi?", - erməni deputat Birinci Qarabağ müharibəsində törətdikləri vəhşilikləri dolayısı ilə etiraf etmiş olub.

Qeyd edək ki, Azərbaycan ümumilikdə 3928 nəfərin itkin düşdüyünü bəyan edib.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
22
news365.az

1Источники