RU

Gəncədə “Klinik tibbi protokolların tətbiqinə nəzarət mexanizminin qurulması və hesabatlığın təmin olunması” mövzusunda təlim keçirilib 

Gəncə Şəhər Birləşmiş Xəstəxanasında “Klinik tibbi protokolların tətbiqinə nəzarət mexanizminin qurulması və hesabatlığın təmin olunması” mövzusunda təlim keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, təlimi giriş sözü ilə açan Gəncə ŞBX-nın direktoru İlkin İsmayılov təlim iştirakçılarına uğurlar arzulayıb.
 
Daha sonra TƏBİB-in Tədqiqatlar və protokolların tətbiqi şöbəsinin müdiri Kəmalə Ağayeva klinik tibbi protokolların tətbiqi, nəzarət mexanizminin qurulması və hesabatlığın təmin olunması haqqında cıxış edib.
 
Təlimdə Gəncə TƏB-inə daxil olan rayon mərkəzi xəstəxanalarının direktor müavinləri, Tibbi Şuranın tibbi heyəti, şöbə və bölmə müdirləri iştirak edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
0
aztibb.az

1Источники