RU

İranda seçki qutularını daşıyan maşına hücum: ölənlər var

Naməlum şəxslər İranın Sistan və Bəlucistan vilayətlərində seçki qutularını daşıyan avtomobilə atəş açıblar.

Axar.az “Tasnim”ə istinadən xəbər verir ki, hücum nəticəsində təhlükəsizlik xidmətinin 2 işçisi həlak olub.

Məlumata görə, hadisə zamanı daha 5 nəfər yaralanıb.

Qeyd edək ki, İran ərazisində fəaliyyət göstərən silahlı qruplaşmaların heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Избранный
48
18
axar.az

10Источники