RU

AVRO-2024: 1/8 final mərhələsində ilk oyun günü

Bu gün AVRO-2024-ün 1/8 final mərhələsinə İsveçrə - İtaliya, Almaniya - Danimarka görüşləri ilə start veriləcək.
Manset.az xəbər verir ki, qrup mərhələsini beş xal toplayaraq ikinci pillədə başa vuran isveçrəlilər güclü rəqiblə oyuna qələbə üçün çıxacaqlar. İspaniya, Xorvatiya və Albaniya seçmələrinin qərarlaşdığı qrupun son matçında xorvatiyalılarla 1:1 hesablı heç-heçəyə razılaşan İtaliya millisi bu turda isveçrəliləri yolundan kənarlaşdıraraq son Avropa çempionu titulunu təsdiqləməyə çalışacaq. Rəqiblər bu görüşdə meydana itkilərlə çıxacaqlar. Belə ki, İtaliya millisində Rikkardo Kalafiori cəza səbəbindən görüşü buraxmalı olacaq. İsveçrədə isə Silvan Uidmer də eyni səbəbdən komandasına kömək edə bilməyəcək. Komandalar bunadək ümumilikdə 21 dəfə üz-üzə gəliblər. Bunlardan yeddisində italiyalılar, dördündə isə isveçrəlilər qalib gəliblər. 10 dəfə isə heç-heçə qeydə alınıb. Bakı vaxtı ilə saat 20:00-da başlanacaq görüşü polşalı hakim Simon Marçinyak idarə edəcək. Gecənin digər görüşündə isə Almaniya və Danimarka milliləri üz-üzə gələcəklər. Bu görüşdə isə turnirin ev sahibi olan komandanın növbəti mərhələyə adlama ehtimalının daha yüksək olduğunu deyə bilərik. Qrup mərhələsi çərçivəsində keçirilən görüşlərin hər birində uğurlu təsir bağışlayan almanlar Danimarka ilə görüşə daha rahat çıxacaqlar. Bunu deməyə əsas səbəblərdən biri də məhz danimarkalıların bütün görüşləri heç-heçə ilə başa vurmasıdır. Amma hər halda İngiltərə seçməsi ilə görüşdə heç-heçə etmək də uğurlu nəticə sayıla bilər. Komandaların heyətində itkilərin olması baş məşqçilərin işini çətinə sala bilər. Turnirin ev sahibliyini edən Almaniya millisindən Conatan Ta cəzalı, Antonio Rüdiger isə zədəli olduğu üçün görüşü buraxmalı olacaqlar. Qonaqlardan isə Morten Hyulmand cəza səbəbindən Hyulmand Kasperin ixtiyarında olmayacaq. Rəqiblər indiyədək ümumilikdə doqquz dəfə qarşılaşıblar. Bunlardan dördündə Danimarka seçməsi, ikisində isə Almaniya millisi qalib gəlib. Üç dəfə isə heç-heçə qeydə alınıb. Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək görüşü ingiltərəli referi Maykl Oliver idarə edəcək. 29 iyun 1/8 final mərhələsi İsveçrə - İtaliya Saat 20:00, "Olympiastadion" Almaniya - Danimarka

Saat 23:00, "Signal Iduna Park"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
manset.az

1Источники