RU

İqlim dəyişikliyi depressiya yaradır?

Ekspert Psixoloq Tara Çapar, iqlim dəyişikliyi və temperaturun artmasının ekosistemlə yanaşı, insan sağlamlığı üçün də bioloji, psixoloji və sosial ölçüləri ilə böyük bir təhdid yaratdığını bildirib. Psixoloq iqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirlərini “İstiyə bağlı ölümlərdə artım; ürək, dövran, tənəffüs, damar yolları xəstəlikləri; yanğınlarda artım; istixana qazlarının artması ilə erkən doğulmuş körpə ölümlərinin artması; suyun az olmasına bağlı gigiyena problemləri ilə psixoloji problemlərdə artım” olaraq sıralayıb.

Normadan artıq isti temperatur...

Psixoloq Çapar iqlim dəyişikliyinin insanlarda depressiya, qəzəb, narahatlıq, qaydalara əməl etməmə və intihar kimi psixoloji pozğunluqlara səbəb ola biləcəyinə diqqət çəkib: “Nəzərə almaq lazımdır ki, bu dəyişiklik hər bir insana fərqli təsir göstərə bilər. Məlumdur ki, fərd birbaşa və ya dolayısı ilə iqlim dəyişikliyinə və onun nəticələrinə məruz qaldığından stress və narahatlıqla nəticələnə biləcək psixoloji problemlərlə üzləşə bilər. Normadan artıq isti temperatur yuxuya getməkdə çətinlik çəkmək, tez oyanmaq, yata bilməmək, iştahın azalması, gündəlik idmandan qaçmaq kimi immun sisteminin funksiyalarına mənfi təsir göstərmək gücünə malikdir”.

Qəhvə, siqaret və spirtli içkiləri azaldın

Keyfiyyətsiz yuxunun fərdin motivasiyası, təsir və əhval-ruhiyyəsinə mənfi təsir etdiyini vurğulayan Psixoloq Çapar, bunun eyni zamanda, fərdlərin iş performansına, qərar vermə və təsvir etmə proseslərinə, dostları, ailəsi və ətraf mühitlə münasibətlərinə təsir etdiyini, onların yuxu keyfiyyətini aşağı saldığını bildirib. O əlavə edib ki, klinik tədqiqatlar göstərir ki, hətta bir və ya iki gecə yuxusuzluqdan əziyyət çəkən şəxslərdə duyğu ifadəsi azalır, empatiya pozulur, depressiya, paranoid əlamətlər və bədən şikayətləri meydana çıxır. Kofein, spirt və nikotin kimi kimyəvi maddələri azaltmaq, hətta onlardan uzaq olmaq lazımdır. Axşam ağır yeməklərdən uzaq durmaq, yüngül yeməklər yemək, yatmazdan əvvəl idman etmək yuxu keyfiyyətinizi artıracaq.

Stresi azaltmaq üçün rahatlama metodlarından istifadə edin

Psixoloq Çapar stresin artdığı vaxtlarda rahatlama metodlarının tətbiq oluna biləcəyini vurğulayıb. O bildirib ki, stres azaldıcı metodlara  nəfəs məşqi, mərhələli əzələ rahatlaması, imajinasiya kimi versiyalar aiddir. Bunların heç bir əks təsiri yoxdur və insanı rahatladır. İsti havalarda, xüsusilə yay aylarında maye qəbuluna əhəmiyyət verməyimiz lazımdır. Kifayət qədər maye qəbul edilmədikdə insanda halsızlıq, yorğunluq, iştahda azalma, əsəbilik kimi davranışların artacağı proqnoz edilir. Bədəni rahat hiss etdirəcək geyimlərlə stresin azalmasına kömək edə bilər. Həmçinin problem həll etmə metodlarını öyrənmək, ünsiyyət bacarıqlarını inkişaf etdirmək, düşüncələrin fərqinə varmaq və yumoru həyatımıza daxil edərək bu kimi problemlərin öhdəsindən gələ bilərik.

Nigar Orucova, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
ikisahil.az

1Источники