ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Dəmir günbəz” adlı müasir raketdən müdafiə sistemi yaratmağa söz verib.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə eks-prezident Virciniyadakı tərəfdarları qarşısında bildirib.
“Növbəti vəzifəmdə ölkəmiz üzərində böyük “Dəmir günbəz” yaradacağıq. Bu, indiyədək heç kimin görmədiyi ən müasir raket əleyhinə müdafiə sistemi olacaq”, - deyə Tramp qeyd edib.
ABŞ prezidentliyinə namizəd deyib ki, gələcək raketdən müdafiə sistemi yalnız Amerika komponentlərindən hazırlanacaq.
Mənbə: AZƏRTAC