Bakı. Trend:
ABŞ prezidentliyinə namizədliyini irəli sürən respublikaçıDonald Tramp növbəti dəfə qarşıdan gələn seçkilərdə qalib gələcəyitəqdirdə ölkədə yeni raket hücumundan müdafiə sistemini yaratmağasöz verib.
Trend-in məlumatına görə, bu barədə D.Tramp Virciniya ştatınınÇesapik şəhərində keçirilən seçki kampaniyasında çıxışı zamanıdeyib.
"Növbəti [prezidentlik] müddətimdə biz ölkəmiz üzərində heçkimin görmədiyi gözəl “Dəmir günbəz” inşa edəcəyik. Bu, tamamiləABŞ-da tikiləcək ən qabaqcıl raket qalxanı olacaq", - deyə obildirib.