RU

Keşiş Baqrat bu dəfə “ZİL” markalı yük maşınında gündəmə gəlməyə çalışdı...-VİDEO 

"Yəqin, velosipedlə gəzən Paşinyana demək istəyir ki, səni "ZİL"-lə əzərəm..."
 
Ermənistanın Sünik mərzinin sakinləri ilə kilsənin yanında görüşdən sonra “Tavuş naminə hərəkat”ın rəhbəri, revanşist keşiş Baqrat Srbazan “Zil” markalı avtomobilə minərək Sisian şəhərinə yollanıb. 
 
Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.
 
Qeyd edilir ki, hərəkat liderləri bu gün Sünikin müxtəlif şəhər və qəsəbələrinə səfər edəcək.
 
Xatırladaq ki, may ayının 4-5-dən Qazaxın 4 kəndinin Azərbaycana təhvil verilməsinə etiraz olaraq Ermənistanın Tavuş vilayətinin Kirants kəndindən İrəvana doğru yürüşə başlayan keşiş Baqrat erməni kilsəsi, eləcə də terrorçu eks-prezidentlər, Xocalı caniləri Robert Köçəryan və Serj Sərkisyan tərəfindən dəstəklənsə də, İrəvanın mərkəzi meydanlarında bir aydan çox müddətdə keçirdiyi mitinq və yürüşlər heç bir ciddi nəticə verməyib.
 
P.S. Yəqin, velosipedlə gəzən Paşinyana demək istəyir ki, səni "ZİL"-lə əzərəm...

 

Sultan Laçın 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
79
moderator.az

1Источники