![ABŞ](https://azertag.az/files/2024/2/1200x630/17196265593073214406_1200x630.jpg)
Bakı, 29 iyun, AZƏRTAC
Vaşinqton administrasiyası iyulun 1-də Ukraynaya 150 milyon dollarlıq daha bir hərbi yardım paketinin ayrılmasını elan etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, buraya, xüsusən HAWK zenit-raket kompleksləri üçün 155 mm-lik artilleriya mərmiləri və sursatlar daxildir. Bu və digər silahlar Pentaqonun anbarlarından Kiyevə ötürüləcək.