RU

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ağcabədidə vətəndaşlarla görüşüb – FOTO

“Azərişıq” ASC-nin sədri iyunun 28-də Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq Ağcabədi və Zərdab rayonlarından olan vətəndaşlarla görüşüb. Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən təşkil olunub.

ASC-dən Doğru.az-a bildirilib ki, görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Ağcabədi rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə edilib.

Ağcabədi Elektrik Şəbəkəsinin inzibati binasında keçirilən görüşdə qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müraciətlər cavablandırılıb, həmçinin qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

Hər iki rayonun müxtəlif kəndlərindən gələn sakinlər regionların elektrik şəbəkələrində həyata keçirilən yenidənqurma işlərinə, eləcə də vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd olunub ki, “Azərişıq” ASC-nin həyata keçirdiyi bütün tədbirlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, həmçinin elektrik enerjisi itkisinin minimuma endirilməsinə hədəflənib.

DOĞRU.AZ

image-17195828931724456957_1200x630 image-1719582893588315492_1200x630 image-1719582893307538865_1200x630

Избранный
92
34
dogru.az

10Источники