RU

Sautqeyt: “Bu, ən çətin sınaq olacaq”

İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt Slovakiya millisi ilə Avropa çempionatının 1/8 final matçından gözləntilərini bölüşüb. Matc.az xəbər verir ki, Sautqeyt bu barədə UEFA-nın rəsmi saytına açıqlama verib. “Daha əvvəl baş verənlərin heç bir əhəmiyyəti yoxdur. İrəli getmək üçün arxalanacağımız bir şey var, amma eyni zamanda bu turnirin yeni sınağı, fərqli mərhələsidir. Buradakı hər bir matç bir-birindən fərqlidir və bəzən gözlənilməz əticələr ola bilər. Slovakiya yüksək preslər edir və etibarlı müdafiə olunur, ona görə də bu təzyiqdən çıxmağı bacarmaq lazımdır. Bu, ən çətin sınaq olacaq”. Xatırlaqdaq ki, qarşılaşma bazar günü, iyunun 30-da saat 20:00-da baş tutacaq.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
matc.az

1Источники