RU

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - Qarışıq, hadisələrlə zəngin zamandır. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün aktivliyinizi yaxşı planlaşdırın. Danışıqlar və söhbətlər çox olacaq. Problemlərin həllini primitivləşdirməyin.

Buğa - Günün ilk yarısı ikinci dərəcəli işlərə çox vaxt ayırmayın. Uğur qazanmaq üçün bütün gərəkli mövqeləri və məqamları bir daha yoxlayın. İdeyalarınızı daha səbatlı və praqmat edin. İmkanlardan mümkün qədər effektiv istifadə edin.

Əkizlər - Günün ilk yarısı görə biləcəyiniz işlərdən dəfələrlə artıq problemlər var. Onları həll etmək gərəkdir. Əsas planlarınıza və məqsədlərinizə maneələr yarada biləcək mövzuya qarışmayın.

Xərçəng - Günün ilk yarısında bütün işləri istədiyiniz kimi yerinə yetirmək mümkün deyil. Yaxın ətrafınızdakı insanlardan bir neçəsinin müqavimətini hiss edəcəksiniz. Tənbəllik etməyin, aktiv olun. Həllini tələb edən məsələlər arasında ən önəmlisini seçərək onu çözməyə başlayın. Mühafizəkar olun.

Şir - Müstəqil fəaliyyətin effektivliyi az olacaq. Aktiv, açıq işləyin. Yaxın ətrafınızdakı insanlarda özünüzlə bağlı maksimal təəssürat yaratmağa can atmayın. Səylərinizin uğurlu olub-olmayacağı əhvalınıza və fəaliyyətinizə təsir edəcək. Günün ikinci yarısında danışıqlar, yazışmalar, işgüzar səfər yaxşı nəticə verəcək. Proseslər sürətlənəcək. Yaşananlara münasibətinizi dəyişəcək hadisələr olacaq. Axşam saatları aktiv istirahət üçün yaxşıdır.

Qız - Günün ilk yarısında maraqlarınız və qayğılarınızın sayı artacaq. Sakit zaman deyil. Çox adama lazımsınız. Kiməsə yardım etməli olsanız, minnətdarlıq gözləməyin. İndi hamı öz işi ilə məşğuldur.  Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar arasında kreativ yanaşma nümayiş etdirənlər var. Ümumi maraqları və məqsədləri təhlil etmək olar. İnformasiya ilə iş, yazışma üçün yaxşı zamandır. Ünsiyyətdə sayıq olun. Axşam saatlarında səhhətinizə fikir verin.

Tərəzi - Fikrinizi ikinci dərəcəli məsələlərə yayındırmayın. Ən mühüm işləri seçərək onları reallaşdırmağa başlayın. Bütün resurslardan yararlanın. Retroqrad insanların gəlirlərinizə mənfi təsiri olacaq. Diqqətli davranın. Süni təkana heç bir ehtiyac yoxdur.

Əqrəb - Günün ilk saatlarından etibarən gərginlik azalacaq. Bir qədər nəfəs almaq, çatdığınız mövqeləri möhkəmləndirmək olar. Cari işləri tələsmədən araşdırın. Qarşıda duran məqsədləri nəzərdən keçirin. Tərəfdaşlara yeni plan təklif etmək olar. İkinci dərəcəli məsələlərə çox vaxt sərf etməyə dəyməz.

Oxatan - Maraqlarınızın təminatı üçün qətiyyətli və iradəli olun. Münasibətlərin, əməkdaşlığın perspektivlərini müzakirə edin. İşləri paylaşdırın. Birgə fəaliyyətə ehtiyac var. İnformasiya məkanı rəqabət mübarizəsi yerinə çevrilə bilər. Günün ikinci yarısında qərar qəbul etməzdən əvvəl yaxşı düşünün, hadisələrin müxtəlif inkişaf variantlarını nəzərdən keçirin. Fəaliyyət müstəvisindəki əlavə, artıq motivlərə aldanmayın. Yeni planı reallaşdırmağa başlamaq olar. Axşam saatlarında istədiyiniz, bəyəndiyiniz kimi dincəlin.

Oğlaq - Günün ilk yarısında gərginlik, əhvalın heç bir motivasiya olmadan dəyişməsi, problemlər istisna deyil. Yaxın ətrafınızdakı insanlardan biri həddən artıq aqressiv davranaraq səbirsizlik edirsə, situasiyanı yumşaltmağa, normallaşdırmağa çalışın. Kiminsə iradı və ya tənqidi sizi narahat edə bilər.

Dolça - Şərait qarışıq, laübəlidir. Bir tərəfdən sizi maraqlandıran mövzularda novasiyalar və yeniliklər çox olsa da, digər tərəfdən məhdudiyyətlərin sərt çərçivələrini hiss edəcəksiniz. İşdə rəhbərliyin tapşırıqları artacaq. Yaxınlarınıza verdiyiniz vədləri yerinə yetirin.

Balıqlar - Təcili həll tələb edən məsələlər və kiçik qayğıların sayı arta bilər. Ümumi ab-hava pis deyil. Görüşlərlə ünsiyyətin məzmunlu olmasına çalışın. Fəaliyyət arealında qayda yaradın, sistemləşdirməyə və təşkilati tədbirlərə başlayın.

Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
mia.az

1Источники