RU

Co Bayden: Mən gənc deyiləm, amma nə edəcəyimi bilirəm

Co Bayden: Mən gənc deyiləm, amma nə edəcəyimi bilirəm

ABŞ prezidenti Co Bayden 5 noyabr prezident seçkiləri öncəsi rəqibi Donald Trampla ilk canlı yayım debatı ilə bağlı aldığı tənqidlərdən sonra maraqlı açıqlama verib.AFN.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Karolinada seçki kampaniyasında çıxış edən Amerika lideri “Mən gənc deyiləm, amma nə etməli olduğumu bilirəm” - deyə yaşı ilə bağlı deyilənlərə cavab verib.Əvvəlki kimi asanlıqla yeriyə bilməyəcəyinin və danışa bilməyəcəyinin fərqində olduğunu deyən Bayden doğru danışmağı bildiyini, doğru ilə yanlışı ayırd edə bildiyini vurğulayıb: "Milyonlarla amerikalı kimi, mən də yıxılanda belə ayağa qalxmağı bilirəm. İqtisadiyyatı gücləndirmək və dünyanı Vladimir Putin kimi insanlara qarşı qorumaq üçün nə etməli olduğumu bilirəm. Bu işi bacara biləcəyimə ürəyimdən inanmasaydım, yenidən namizəd olmazdım. Bu ölkə, bizim azadlığımız və demokratiyamız üçün risk çox böyükdür".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
1
afn.az

2Источники