RU

Bukayo Saka uşaqlığının futbol kumirinin adını açıqladı

“Arsenal”ın və İngiltərə yığmasının vingeri Bukayo Saka uşaqlıqda Kristiano Ronaldonun oyunundan necə ilhamlandığını xatırlayıb.

Arena.az Sakanın bu xüsusda xatirəsini təqdim edir:

“Uşaqlıqda mənim futbol kumirim Kristiano Ronaldo idi. “Real”da olduğu müddətdə o, əsas oyunlarda özünü sübut edə bildi. Bu anlar yaddaşlarda əbədi olaraq qalacaq”, deyə Saka vurğulayıb.

Xatırladaq ki, Bukayo Saka “Arsenal”ın öz yetirməsidir. O, indiyə qədər yalnız “topçular”ın uğurları üçün çalışıb.

2023/2024 mövsümündə Saka “topçular”ın heyətində 47 oyuna çıxıb, 20 qol vurub, 14 məhsuldar ötürmə verib.

22 yaşlı vinger “Arsenal”ın əsas komandasının heyətində bütövlükdə 226 oyuna çıxıb. O, bu görüşlərdə 58 qola imza atıb, 53 məhsuldar ötürmə müəllifi olub.

Sakanın “Arsenal”la mövcud müqaviləsi 2027-ci ilin iyuna ayının sonuna qədər qüvvədədir.

Saka 2020-ci ilin oktyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 36 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 22 yaşlı Bukayo Sakanı 140 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
arena.az

1Источники