RU

ABŞ prezidenti debatların ikinci raundunda iştirak etmək niyyətindədir

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden (demokrat) sentyabrda RespublikaçıDonald Trampla debatların ikinci raundunda iştirak etməyiplanlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya şirkətiDemokratlar Partiyasının seçki qərargahının nümayəndələrinəistinadən bildirib.

Onların fikrincə, debatların bir raundunun nəticəsi prezidentiikinci müddətə namizəd olmaq hüququndan məhrum etməməlidir, onagörə də C.Bayden ikinci raundda iştirak etməyi planlaşdırır.

Qeyd edək ki, iyunun 27-də Corciya ştatının Atlanta şəhərindəABŞ tarixində indiki və keçmiş prezidentlər arasında ilkseçkiqabağı televiziya debatı keçirilib. "CNN"in sorğusuna əsasən,debatı izləyən tamaşaçıların üçdə ikisi qələbəni respublikaçıyaverib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
1
az.trend.az

10Источники