RU

Azərbaycan birinciliyinin final mərhələsinə start verildi

Həndbol üzrə 16 yaşadək yeniyetmə qızlar və oğlanlar arasında Azərbaycan birinciliyinin final mərhələsinə start verilib.

Futbolinfo.az xəbər verir ki, həm oğlanların, həm də qızların yarışında 6 komanda olmaqla ümumilikdə 12 kollektiv qalib adı uğrunda mübarizə aparır.

Oğlanlar arasında final mərhələsinə Bakının 2 təmsilçisi ilə yanaşı, 4 region komandası – Cəlilabad, Lənkəran, Mingəçevir və Qazax həndbolçuları vəsiqə qazanıb. “Cəlilabad” “Bakı-1”, “Mingəçevir” isə “Bakı-2” komandası ilə üz-üzə gəlib.

Qızların mübarizəsində isə həlledici mərhələdə paytaxtın 3 komandası, həmçinin Şirvan, Gəncə və Göygöl kollektivi fəxri mükafat uğrunda yarışır. Qızların turnirində ilk oyun “Bakı-1” və “Göygöl” arasında keçirilib. Daha sonra “Bakı-2” “Gəncə” həndbolçuları qarşılaşıb.

Qruplarda ilk iki yeri tutan kollektivlər mübarizəni pley–offda davam etdirəcək. “AHF Arena”nın idman kompleksində baş tutan görüşlərə iyunun 30-da yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
1
futbolinfo.az

2Источники