RU

“Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumuna yekun vurulub

Bakı, 28 iyun, AZƏRTAC

Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən "Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə" Beynəlxalq Forumuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Forumun bağlanış mərasimində çıxış edən “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov tədbirin uğurlu alındığını və tullantıların idarə edilməsi sahəsində müsbət nəticə verəcəyinə inandığını deyib: "İki gün ərzində 6 panel iclasında 50-dən çox çıxış oldu. Forumun təşkilində əsas məqsəd COP29 öncəsi ekoloji məsələlərin, xüsusilə də tullantıların idarə edilməsi probleminin həllində müsbət nəticəyə nail olmaqdır. Ekoloji problemin həlli deyəndə ən çox yada düşən məsələlərdən biri elə tullantıların idarə edilməsidir. Bu, hər bir ölkənin üzləşdiyi problemdir. Ona görə fikirləşirik ki, iki gün davam edən forum bizim işimizə müsbət nəticə verəcək. Forum bir sıra beynəlxalq təşkilatların, müxtəlif dövlətlərin qurumlarının nümayəndələrinin fikir və təcrübə mübadiləsi aparması üçün platforma rolunu oynadı".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
2
azertag.az

3Источники