RU

Azərbaycanlı namizəd birinci turda qalib gələ bilər

Əldə olunan məlumatlara görə, birinci turda da qalib gələ və dövlətin işini bir həftə sonraya saxlamaya bilərik.
BUTA.TV xəbər verir ki, bunu İranda keçirilən prezident seçkilərində azərbaycanlı namizəd Məsud Pezeşkianın seçki qərargahının üzvü, keçmiş rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi mediaya verdiyi açıqlamasında deyib. "Seçkinin son saatlarında Fars, Gilan, Xuzistan, Qərbi Azərbaycan və Tehran əyalətlərinin əhalisinin səsi həlledicidir", - keçmiş nazir bildirib.

Qeyd edək ki, bu gün İranda keçirilən prezident seçkisində səsvermənin vaxtı uzadılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
3
buta.tv

4Источники