RU

Türkiyəli futbolçu Azərbaycan klubuna qoşulmaq üçün hər kəslə vidalaşdı – FOTO

Mert Çelik karyerasını yenidən Azərbaycanda davam etdirəcək.

U-21 millimizin sabiq üzvü “Səbail”in uğurları üçün tör tökəcək.

24 yaşlı müdafiəçi yaxın günlərdə müqaviləyə imza atıb iyulun 5-də Ərzurumda “dənizçilər”ə qoşulacaq.

Səbəbkar sosial şəbəkə hesabında “Bandırmaspor”lu dostları ilə şəklini paylaşaraq vida mesajı yazıb:

“Sizinlə çalışmaq çox keyfli idi. Hər şey üçün təşəkkürlər, gözəl insanlar”.

Mert başa çatan mövsümdə Türkiyənin I Liqasında mübarizə aparan “Bandırmaspor”un şərəfini qoruyub. Burada 6 oyunda 319 dəqiqə meydanda olub.

Azərbaycanlı futbolsevərlərə 2020-2023-cü illər aralığında “Neftçi”dəki çıxışları ilə tanış olan Çelik ağ-qara formada 53 matçda şans qazanmaqla aktivinə 2 qol və 1 assist yazdırıb.

Azərbaycan millisində adı 7 dəfə iştirak ərizəsinə salınıb, lakin heç bir halda meydana çıxmayıb. U-21 yığmamızda 4 görüşdə 1 dəfə fərqlənib.

HƏBİB / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
sportinfo.az

1Источники