RU

Slovakiyalı futbolçudan unikal göstərici

Yuray Kutska unikal göstəricinin müəllifi olub.

“Football-plus.az” xəbər verir ki, onun formasını daşıdığı Slovakiya millisi AÇ-2024-ün 3-cü turu çərçivəsində Rumıniya ilə heç-heçə (1:1) edib. “Opta” statistika şirkətinin məlumatına görə, 24-cü dəqiqədə Ondrey Dudanın Slovakiyanı hesabda önə keçirdiyi epizodda Kutska məhsuldar ötürmə müəllifi olmaqla rekorda imza atıb. 37 yaşlı futbolçu 14 ildən sonra yenidən böyük turnirdə (dünya və ya Avropa çempionatı) məhsular ötürmə edib. Kutskadan əvvəl heç bir futbolçu iki böyük turnir arasında bu qədər uzun zaman kəsiyində məhsuldar ötürmə müəllifi olmayıb. Qeyd edək ki, Yuray daha əvvəl DÇ-2010-da məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
football-plus.az

1Источники