Goranboyda intihar hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xoylun kəndində qeydə alınıb.
Kənd sakini 2001-ci il təvəllüdlü Amin Həsənli yaşadığı evin həyəiındə özünü asıb.
Onun cəsədi yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.
İntiharın hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
![Goranboyda](https://apa.az/storage/news/2024/june/28/big/667efbf4efabe667efbf4efabf1719598068667efbf4efabc667efbf4efabd.jpeg)