RU

Fuad Abbasov: Regionlarda yarışların keçirilməsi insanların gimnastikanı tanımalarına töhfə verir

Fuad

Tərtər, 28 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Keçən il Tərtər Olimpiya İdman Kompleksində bölgələrarası kubok keçirilmişdi. Bu il isə bədii gimnastika üzrə ölkə birinciliyi keçirilir. Regionlarda belə yarışların təşkil edilməsi insanların gimnastikanı tanımalarına töhfə verir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının idman meneceri Fuad Abbasov deyib.

O bildirib ki, keçən ilə nisbətən yarışda iştirak edən gimnastların sayı artıb: “Gimnastikaya maraq da artır. Tək idmançılar yox, tamaşaçılar da get-gedə artır. Bu tip yarışlar gənc gimnastlara beynəlxalq arenalarda çıxış üçün bir mərhələ kimi köməklik göstərir.

Qeyd edək ki, Tərtər Olimpiya İdman Kompleksində keçirilən bədii gimnastika üzrə 29-cu ölkə birinciliyində Gəncə Olimpiya İdman Klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi (RKİM), “Ocaq Sport” Klubu, “Ocaq Sport” Klubunun Hövsan və Zaqatala bölmələri, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi, Şağan Olimpiya İdman Kompleksi, Zirə Mədəniyyət Mərkəzi, Şəmkir Gənclər Evi, Şirvan Olimpiya İdman Kompleksi, Su İdmanı Sarayı, Abşeron Olimpiya İdman Kompleksi, “Grasiya” İdman Klubundan 130 idmançı öz istedad və hazırlığını nümayiş etdirir.

Yarışa iyunun 29-da yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
azertag.az

1Источники