RU

Bastırkin Dövlət Dumasını "Dövlətin axmaq qadını" adlandırıb və Kremlin "uydurma"sının üstünü açıb

"2024-cü ilin ilk dörd ayında Moskva və Sankt-Peterburqa iki milyondan artıq miqrant daxil olub..."
 
"Biz elə bir şey uydurmuşuq ki, Rusiya vətəndaşlığı almaq istəyənlər könüllü olaraq Rusiyanı tərk edir..."
 
Rusiyanın miqrasiya sahəsində qanunvericiliyində dəyişikliklər etmək lazımdır.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Peterburq Beynəlxalq Hüquq Forumunda bəyan edib. Məlumatı "telegraf.com.ua" nəşri yayıb.
 
O, Dövlət Duması deputatlarına miqrasiya böhranının həllində maraqlı olub-olmamaları barədə sual ünvanlayıb və parlamentin aşağı palatasını "Dövlətin axmaq qadını" adlandırıb.
 
"Burada deputat yoxdur? Deyin, siz deputatsınız? Lütfən, deyin, görək, Dövlət Dumasında nə baş verir, orada vəziyyətin gərginliyinə uyğun olan yeni qanunların qəbulunda ümumiyyətlə maraqlı olan kimsə varmı?
 
Dövlətin axmaq qadınının ("Qosudarstvennaya dura") nə zaman yaxşı qanunları qəbul edəcəyini bilmək istərdim", - Bastırkin deyib və qeyd edib ki, o, yanılmayıb, Rusiyanın qanunverici orqanının səmərəliliyini şərh edərkən onu qəsdən belə adlandırıb.
 
Salondakılar bunu alqışlar və gülüşlə qarşılayıb. Onların arasında şaqqanaq çəkib gülən bir qadın deputat məmurun duqqətini cəlb edib.
 
Bastırkin statistikaya istinad edərək Moskva və Sankt-Peterburqa 2024-cü ilin ilk dörd ayında iki milyondan artıq miqrantın daxil olduğunu deyib.
 
O, bəyan edib ki, Rusiyada 30 mindən çox miqrant "tutulub, onların 10 mini "xüsusi hərbi əməliyyata" göndərilib.
 
Bastırkin miqrantlatın müharibəyə göndərilməsini hakimiyyətin "uydurması" adlandırıb, bu da Rusiya vətəndaşlığı almaq istəyənlərin Rusiyadan könüllü olaraq getməsinə gətirib çıxarıb.
 
"Bilirsinizmi, biz elə bir şey uydurmuşuq ki, miqrantlar yavaş-yavaş Rusiyanı tərk etməyə başlayıb. Bu uydurma nədən ibarətdir?
 
Biz vətəndaşlıq əldə edən şəxslərin hərbi uçota durmalı və zərurət olduqda xüsusi hərbi əməliyyatda iştirak etməli olduqları barədə Konstitusiya və qanunların müddəalarını gerçəkləşdirməyə başlamışıq", - o, izah edib.
 
"Bizə deyirlər ki, onlar orada nəyə lazımdır? Yoldaşlar, səngər qazıb istehkamlar qurmaq üçün. Bunun üçün həqiqətən də yaxşı, işlək əllər gərəkdir. Bu isrehkamları inşa edənlər bu gün bizim arxa cəbhə bölmələrinin sıralarını doldurur", - Bastırkin izah edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
moderator.az

1Источники