RU

Növbədənkənar parlament seçkiləri dövlətimizə və demokratiyamıza nə vəd edir?

Məlum olduğu kimi, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən növbədənkənar parlament seçkiləri cari ilin 1 sentyabr tarixində həyata keçiriləcək.

 

Maraqlıdır, növbədənkənar parlament seçkiləri dövlətimizə və demokratiyamıza nə vəd edir? Bu seçkilərdən əsas gözləntilər nədən ibarətdir?

 

Moderator.az-a açıqlama verən siaysi şərhçi Azər Allahverənov qarşıdakı seçkilərlə bağlı maraqlı fikirlər səsləndirib:

 

“Parlamentin buraxılması və növbədənkənar seçkilərin sentyabrın 1-nə təyin edilməsinin obyektiv səbəbləri mövcuddur.

 

Ölkəmizdə noyabrın ikinci yarısında əlamətdar hadisə baş verəcək. Hansı ki, bu, dünya miqyasında böyük hadisədir. Söhbət təbii ki, COP29 tədbirindən gedir. 100 minə qədər insanın ölkəmizə gəlməsi,120-dən çox dövlətin bu prosesdə iştirakı nəzərdə tutulur. Bir çox dövlət və hökumət rəhbərləri də bu tədbirə qatılacaq. Bütün bunlar növbədənkənar parlament seçkilərinin 1 sentyabr tarixinə təyin edilməsinə səbəb oldu.

 

Biz ilk dəfə olaraq ərzi bütövlüyü təmin edilmiş bir ölkənin hüdudları daxilində parlament seçkiləri keçirəcəyik. Mən bu münasibətlə xalqımızı təbrik edir, cəmiyyətimizə gözaydınlığı verirəm. Bu, o deməkdir ki, ölkəmizin hər bir bölgəsində seçki dairələri və seçki məntəqələri qurulacaq.

 

Istənilən seçki, xüsusilə də parlament seçkiləri böyük bir siyasi hadisədir. Yeni dövrün yeni tələb və çağırışları mövcuddur. Bu tələblərə cavab verəcək parlamentin formalaşmasına çox ciddi ehtiyac var. Hesab edirəm ki, qarşıdan gələn parlament seçkilərində bu çağırışlara uyğun adekvat fəaliyyət sərgiləyən şəxslərə, ictimai-siyasi həyatda böyük nüfuzu olan insanlara üstünlük veriləcək.

 

Təbii ki, seçki prosesi əhalinin əksər təbəqələrini əhatə edir. Azərbaycanda seçki fəallığı kifayət qədər yüksəkdir. Bunu son prezident seçkiləri də göstərdi. Insanlar məmnuniyyətlə seçkilərə qatılıb istədikləri namizədə səs veririlər. Əminəm ki, qarşıdan gələn parlament seçkilərində də biz eyni ab-havanı müşahidə edəcəyik.

 

İnanıram ki, parlamentə xeyli sayda elə şəxslər təmsil olunacaq ki, onlar bu seçkilərə qədər ölkəmizin ictimai-siyasi həyatında öz sözlərini deyiblər və post-münaqişə dövründə də dövlət maraqlarımızın təmininə öz töhfələrini verirlər. Dövlətimizin ali qanunvericilik orqanlarında təmsil olunmaqla onlar bu fəaliyyəti davam etdirəcəkəlr.

 

Mən seçkilərlə əalqədar olaraq dövlətimizə, cəmiyyətimizə uğurlar arzulaıram. Əminəm ki, yeni formalaşacaq parlamentdə qeyd etdiyimiz məqamlara, prinsiplərə uyğun şəxslər yer alacaq. Yeni parlament ölkəmizdə həyata keçiriəcək mühüm layihələrin reallaşmasında, Azərbaycanın iştirakı ilə keçiriləcək beynəlxalq layihələrin milli maraqlarımıza uyğun şəkildə gerçəkləşməsinə töhfə verəcək”.

 

Seymur ƏLİYEV

Избранный
3
moderator.az

1Источники