RU

“2030-cu ilə qədər vahid Gürcüstan Avropa İttifaqına daxil olacaq” – Baş nazir


“Gürcüstan, ölkənin milli futbol komandasının oyunçuları kimi, 2030-cu ilə qədər hər iki ayaq üstə dayanıb qələbə qazanacaq və vahid şəkildə Avropa İttifaqına daxil olacaq”.
Yeniavaz.com
xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
Baş nazirin sözlərinə görə, növbəti dörd il Gürcüstanın inkişafında dönüş nöqtəsi olacaq:
“Əsas odur ki, biz ölkənin milli maraqlarının müdafiəsindəyik, mən inanıram ki, 2030-cu ilə qədər biz abxaz və osetin qardaşlarımızla birlikdə vahid Gürcüstanda yaşayacağıq və Avropa İttifaqına daxil olub İttifaqının tamhüquqlu üzvü olacağıq”.
Qeyd edək ki, hazırda Gürcüstan Avropa İttifaqına üzv olmağa namizəd ölkədir. Ölkə bu statusu 2023-cü ilin dekabrında alıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
yeniavaz.com

1Источники