RU

Pirsaat su anbarında suyun səviyyəsi kritik həddə çatıb - FOTO

Pirsaat su anbarında suyun səviyyəsi kritik həddə çatıb, Hacıqabulun 2 kəndi ilə əsas nəqliyyat əlaqəsi kəsilib.

Aznews.az xəbər verir ki, son bir-neçə gündə yağan aramsız leysan yağışları dağ çaylarının daşmasına səbəb olub.

Dağlıq rayonlarda formalaşaraq daha çox yağış və dağ çaylarının suyu ilə qidalanan Pirsaat çayında bol sululuq səbəbindən Pirsaat su anbarında suyun səviyyəsi kritik həddə çatıb.

Su anbarının ümumi həcmi 17 milyon kubmetr olsa da, hazırda su anbarının dibinin lildən təmizlənməməsi səbəbindən anbarın su tutumu 2 milyon kub metrə qədər azalıb.

Nəticədə böyük su axınını özündə saxlaya bilməyən su anbarından su axının həcmi və suyun maksimal sürəti rayonun Bakı-Qazax magistralının sol tərəfində yerləşən Rəncbər və Qubalı-Baloğlan kəndlərində su kanallarının məcrasından çıxmasına səbəb olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
13
aznews.az

10Источники