RU

“Real” Xoselunun klubu tərk etdiyini açıqladı

“Real” hücumçusu Xoselunun Madrid klubunu tərk etdiyini açıqlayıb. Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı paylaşıb. “Real” Xoseluya peşəkarlığına və madridizminə görə təşəkkür edir, həmçinin ona və ailəsinə minnətdarlığını bildirir. Sizə həyatın yeni mərhələsində uğurlar arzulayırıq”. 34 yaşlı futbolçunun Qətərin "Əl-Qarafa" klubu ilə anlaşdığı vurğulanır. Xatırladaq ki, Xoselu 2023-cü ilin yayında Madrid klubunun futbolçusu olub. Bu müddət ərzində o, bütün turnirlərdə 49 matçda iştirak edib, 17 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun Madrid klubu ilə əvvəlki əmək müqaviləsi 30 iyun 2024-cü ilə qədər qüvvədə idi. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 5 milyon avrodur.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
28
matc.az

10Источники