RU

Azərbaycan Tibb Universiteti tələbələrinin “Məzun günü” keçirilib

Bakı. Trend:

İyunun 28-də Azərbaycan Tibb Universiteti (ATU) tələbələrinin“Məzun günü” keçirilib. Tədbirdə tanınmış ictimai-siyasi xadimlər,səhiyyə işçiləri və digər qonaqlar iştirak ediblər.
İlk olaraq Dövlət Himni səsləndirilib.

Təbrik nitqi ilə çıxış edən səhiyyə naziri Teymur Musayev “Məzungünü”nün gələcəyin həkimlərinin yaddaşında gözəl bir tarix kimiqalacağını bildirib.

Nazir hər bir dövlətin inkişaf yolunda və uğurlarının arxasındaxalqına, vətəninə bağlılığı olan tarixi şəxsiyyətlərin dayandığınıvurğulayıb: “Müstəqil dövlətimizdə hər sahədə olduğu kimisəhiyyənin və tibb təhsilinin də inkişafı Ulu öndər Heydər Əliyevinadı ilə bağlıdır. Ümummilli Lider əhalinin sağlamlığınınqorunmasını, səhiyyənin tərəqqisini, maddi-texniki bazasınınmöhkəmləndirilməsini ölkə siyasətinin prioritet məsələlərindən birihesab edirdi. O, həmçinin, yeni tibb müəssisələrinin açılmasıistiqamətində zəruri addımlar atırdı. Bu tibb təhsili ocağınınməzunu olan görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevasonralar da öz doğma ali məktəbi ilə əlaqələrini kəsmədi. Təbabətelminə və tibb təhsilinə böyük tövhələr verən Zərifə xanımıntələbələri, onun əsərləri ilə formalaşan mütəxəssislər nəsli bu günyeni həkim kadrları və tibb alimləri hazırlığı sahəsində əzmləçalışırlar”.

Həmçinin, Tibb Universitetinin xarici ölkələrin aparıcı təhsilmüəssisələri ilə beynəlxalq əlaqələrin genişləndiyini qeyd olunub.Nazirin sözlərinə görə, nüfuzlu "Times Higher Education ImpactRanking"in reytinq cədvəlində ATU Azərbaycanın dövlətuniversitetləri arasında lider mövqeyi tutub: “Azərbaycanın ilk aliməktəblərindən biri olan, ənənələri ilə tarixə söykənən TibbUniversiteti onilliklər boyu səhiyyə ocaqları üçün yüksəkixtisaslıhəkim kadrları yetişdirib, tibb elminin tərəqqisinə mühüm töhfələrverib. Təsadüfi deyil ki, bu ilin noyabr ayında Bakıda keçiriləcəkCOP29 tədbiri çərçivəsində “İqlim dəyişikliyinin sağlamlığa təsiri”mövzusu Universitetdə tədris olunan “İctimai sağlamlıq vəsəhiyyənin təşkili” fənninin proqramına daxil edilib”.

"Azərbaycanın Tibb Universitetinin hər buraxılışı səhiyyəmizüçün əlamətdar hadisədir. Bununla da, hər il milli səhiyyə sistemiölkəmizin sağlam gələcəyi naminə şərəfli missiyaya qoşulacaq gəncistedadlı kadrlarla zənginləşir”, - deyə Azərbaycanın səhiyyənaziri məzunları təbrik edib.

Universitetin rektoru, professor Gəray Gəraybəyli gələcəyinhəkimlərinə karyeralarında uğurlar diləyərək, ATU-nun məzunu adınıhər yerdə uca tutmağı arzulayıb. Rektor qeyd edib ki, gənclərinhimayədarı olan Ümummilli Lider Heydər Əliyev tərəfindən bilikli,sağlam düşüncəli yeni nəslin yetişdirilməsi üçün ciddi addımlaratılıb, təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindənbiri elan edilib: “Bu gün də Prezident İlham Əliyevin rəhbərliyialtında hər bir sahədə - ölkəmizin sosial-iqtisadi, ictimai-siyasivə mədəni həyatında gənclərin iştirakına xüsusi diqqətyetirilir”.

ATU-nun Tədris departamentinin rəhbəri Kamandar Yaqubov tədbiriştirakçılarını 2023-2024-cü tədris ilinin məzunlarının sayı ilətanış edib. Qeyd olunub ki, tədris ilində Azərbaycan TibbUniversitetinin 1189 nəfər məzunu olub. Onlardan 813 nəfəriAzərbaycan vətəndaşı, 376 nəfəri əcnəbilərdir. IMüalicə-profilaktika fakültəsindən 316 nəfər, IIMüalicə-profilaktika fakültəsindən 327 nəfər, “Tibbi profilaktika”ixtisasından 44, “Fizioterapiya və tibbi reabilitasiya”ixtisasından 38, “Tibb bacısı işi” ixtisasından isə 31 nəfər məzunolub. Eyni zamanda, “Stomatologiya” ixtisası üzrə 227, “Əczaçılıqixtisası” üzrə 117, Hərbi həkim ixtisası üzrə 40, “Hərbi feldşer”ixtisasından bu il 39 nəfər, ilk buraxılış olan “Hərbistomatologiya” ixtisasını isə 10 məzun bitirib.

Sonra məzunlar Hippokrat andı içiblər. Onlar xalqımızınsağlamlığının keşiyində ləyaqətlə duracaqlarına söz veriblər.

Tədbirdə təhsilini fərqlənmə ilə bitirən gələcəyin həkimlərinədiplomlar təqdim olunub. Diplomları səhiyyə naziri Teymur Musayevvə ATU-nun rektoru Gəray Gəraybəyli təqdim ediblər. Həmçinin,ATU-nun İctimai səhiyyə fakültəsinin yeni yaranan “Fizioterapiya vətibbi reabilitasiya”, eləcə də “Tibb bacısı işi” ixtisası üzrə ilkburaxılışa aid 69 məzuna medallar təqdim olunub.

Tədbirdə 2024-cü il məzunları ilə yanaşı, 50 il bundan öncəAzərbaycan Dövlət Tibb İnstitutunu (indiki Azərbaycan TibbUniversiteti) bitirən məzunlar da iştirak ediblər. Onlardan biri,Universitetin Onkologiya kafedrasının dosenti Nəsimi Qasımovçıxışında bu ilin məzunlarına həyatlarında, həkimlikfəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra ATU-nun professor-müəllim heyəti və valideynlərməzunları təbrik edərək, onlara gələcək peşə fəaliyyətlərində həkimadının müqəddəsliyini doğruldacaqlarına inandıqlarını söyləyiblər.Tədbir tanınan sənət adamlarının çıxışı ilə davam edib. ATU-nuntələbələri də sənətçilərlə eyni səhnəni bölüşüblər. Universitetinhərbi fakültəsinin tələbələri vətənpərvərlik ruhunda mahnılar ifaediblər.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
7
az.trend.az

8Источники