RU

Samvel Babayanın səsi çıxdı: “Nikol, yanlış yoldasan”  

“Hesab edirəm ki, Azərbaycanla danışıqlar aparıla bilər. Biz onlarla danışmağa hazırıq, lakin özümüzü alçaltmadan”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər erməni separatçı Samvel Babayan tərəfindən səslənib.

“Müharibədən qaçmaq üçün peşəkar orduya sahib olmaq lazımdır. Belə davam edərsə, müharibə olacaq. Ermənistan hakimiyyəti özünü inandırır ki, nəyin bahasına olursa olsun, əsas məsələ müharibənin qarşısını almaqdır. Sənə deyirəm Nikol Paşinyan, indi yanılırsan. “Qarabağ problemi yoxdur” deyəndə yanılırsan. Problemdən yan keçəndə sizə elə gəlir ki, onu həll etmisiniz, amma yan keçmək həll etmək demək deyil, bəlkə də mina qoymaq deməkdir”,-deyə Qarabağ canisi bildirib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
1
musavat.com

2Источники