RU

Rusiya İstintaq Komitəsinin rəhbəri ölüm hökmünün qaytarılması məsələsinə baxmağı təklif edib

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin ölüm cəzasına qoyulan moratoriumun götürülməsi imkanının nəzərdən keçirilməsini təklif edib.

Ednews-un məlumatına görə, bu barədə İstintaq Komitəsinin sədri Sankt-Peterburqda keçirilən Beynəlxalq Gənclər Hüquq Forumunun plenar sessiyasında bildirib.

O, ölkədə ağır cinayətlərin sayının artdığını qeyd edib və bununla bağlı ölüm hökmünün qaytarılması barədə düşünməyi təklif edib: “Biz ölüm cəzasına qoyulan moratoriumun götürülməsi imkanlarını nəzərdən keçirməliyik. Bəzi hallarda bundan istifadə edilməlidir”.

Eyni zamanda A.Bastrıkin hesab edir ki, bunun üçün prezidentin fərmanı kifayətdir: “Bəzi ixtisaslı hüquqşünaslar mənə dedilər ki, Konstitusiyanın dəyişdirilməsinə ehtiyac var, referendum keçirilməlidir. Lakin hesab edirəm ki, ölüm cəzasına qoyulan moratorium sadəcə olaraq prezidentin fərmanı ilə götürmək lazımdır”.

Избранный
48
9
ednews.net

10Источники