RU

Yunan Kirpi “işğal olunur” – Kilsə türkləri ittiham edir – Dinlərarası toqquşma!!!

Bu il yunan Kipri ciddi problemlərlə üzləşib.

KONKRET.az xəbər verir ki, ölkəyə çoxlu sayda qaçqın gəlib. Sığınacaq axtaran şəxslərin sayı hər ay artır. Kütləvi axın xüsusilə qışda nəzərə çarpırdı. Nəticədə ölkədə ciddi gündəm yarandı: Gələn əcnəbilər təhlükəsizliyə nə qədər təhdid ola bilər?

Кипр

Sorğular göstərir ki, bir çox kiprlilər əksəriyyəti müsəlman olan miqrant axınından narahatdır. Bu miqrantlar sosial-iqtisadi çətinliklər yaradacaq. Xüsusən, din, dil müxtəlifliyi demoqrafiyanı acınacaqlı vəziyyətə sala bilər. Buna görə də Kiprin indiki formada mövcudluğu təhlükə altına düşə bilər.

“Ölkənin əhalisi təxminən 800 min nəfərdir”, – deyə Kokkinotrimitia meri Kristakis Meletis qeyd edir: “Əgər bizdə 250 min əcnəbi varsa, bu, artıq əhalinin 25-30%-ni təşkil edir. Bu o deməkdir ki, əhalimizin sayı miqrantların içində əriyə bilər”.

Yəməndən olan 18 yaşlı sığınacaq axtaran bir gənc deyir ki, “Hər gün tanıdığımız birinin öldüyünü eşidirik. Haqq, sülh və azadlıq qazanmaq üçün bura gəldim. Mənim xəyallarım var idi. Amma görürəm ki, gələcəyim qaranlıqdır”.

İlkin çeşidləmədən sonra miqrantlar ölkənin cənubundakı Kofinu kəndindəki ikinci mərkəzə köçürülür. Hazırda orada 800-ə yaxın insan qalıb, onlara başlarının üstündə dam örtüyü, həmçinin yemək, tibbi xidmət və xırda cib pulu verilir. Son zamanlar suriyalıların kütləvi axını səbəbindən mərkəz genişlənib. Ona görə də hakimiyyət Suriyadan olan insanların sığınacaq üçün müraciətlərinə baxılmasını 14 ay müddətinə dayandırıb.

В

Qaydalara görə, miqrantların yeni ölkədə olduqları ilk 9 ay ərzində işə düzəlmək hüququ yoxdur. Eyni zamanda, onların cəmiyyətə inteqrasiyaya daha həvəsli olmaları gözlənilir… Əsasən bir-birinə zidd olan bu tələb ən həssas təbəqə üçün çətindir. Maaşsız, dil bilmədən və yaxınlarının dəstəyi olmadan insanlar xeyriyyə təşkilatlarına cəlb olunur.

Kipr Pravoslav Kilsəsi Türkiyəni ölkənin demoqrafik tarazlığını pozmağa çalışmaqda ittiham edərək miqrantlardan ehtiyat edir. Kipr Pravoslav Kilsəsinin ruhani lideri arxiyepiskop Georgios vurğulayır ki, sığınacaq axtaranların çoxu başqa dinə etiqad edir. Bu, bizim onsuz da bir çox problemimizə əlavə yük gətirir”.

Kilsənin, ifrat sağçıların təzyiqi və artan sosial iğtişaşlar fonunda hökumət miqrantların geri qayıdışı ilə bağlı genişmiqyaslı iş aparır. Daxili işlər naziri Konstantinos İoannu isə bildirib ki, “Qeyri-qanuni immiqrasiya ilə mübarizə aparmalıyıq. Beynəlxalq hüquqa əsasən, onların sərhədlərini kimin keçəcəyinə yalnız üzv dövlətlər qərar verə bilər. Qaçaqmalçılar və ya insan alverçiləri deyil, yalnız onlar”, – İoannu şərh edir.

Rəsmi məlumatlara görə, hazırda sığınacaq üçün müraciətlərin 96%-ə qədəri son nəticədə rədd edilir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
konkret.az

1Источники