RU

"Çelsi" Argentinadan futbolçu gətirir

"Boka Xuniors"un futbolçusu Aaron Anselmino karyerasını Avropada davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Çelsi" argentinalı mərkəz müdafiəçisini transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

London klubu 19 yaşlı arxa xətt oyunçusu ilə şəxsi şərtləri razılaşdırıb. Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, Aaron Anselmino "Boka Xuniors"un yetirməsidir. Gənc futbolçu bu ilin yanvar ayından əsas komandada çıxış edir. O, meydana çıxdığı 5 rəsmi matçda 1 qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
sportal.az

1Источники