Bakı. Trend:
Azərbaycanlı futbolçu Sertan Taşkın Türkiyənin “Manisa” klubunutərk edib.
Trend İdman.biz-əistinadən xəbər verir ki, tərəflər müqaviləyə qarşılıqlı şəkildəxitam verib.
Sertan 1-ci Liqa təmsilçisinə bu ilin yanvarında qoşulmuşdu. O,meydana çıxdığı 15 oyunda 2 dəfə qırmızı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, Taşkın ölkəmizdə “İnter”, “Keşlə”, “Sumqayıt”,“Zirə” və “Turan Tovuz” klublarında çıxış edib.