RU

Azərbaycan polisi ölkədə təhlükəsizliyi, asayişi layiqincə təmin edir - RƏY

Bakı. Trend:

Azərbaycan polisi təhlükəsizliyin təminatı, ölkədaxilisabitliyi yaradan və qoruyan, vətəndaşın asayişin mühafizəedilməsi, dövlətin, vətəndaşların qanuni mənafelərinin vəmülkiyyətinin hüquqa zidd əməllərdən qorunması, insanların azad,sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətindəüzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Sevinc Hüseynova vəsiyasi şərhçi Elçin Mirzəbəyli Trend-ə açıqlama verib.

S.Hüseynova bildirib ki, Azərbaycan polisi ölkənin sabitliyi,vətəndaşların təhlükəsizliyi üçün böyük fədakarlıq nümayiş etdirirvə bu, ölkə ictimaiyyəti tərəfindən təqdir edilir.

Deputat qeyd edib ki, müstəqilliyimizin ilk illərindəAzərbaycanın daxili işlər orqanları həm müstəqilliyimizinqorunmasında, həm də erməni təcavüzünə qarşı mübarizədə böyükfədakarlıq nümayiş etdirib.

“Ermənistanın hərbi təcavüzünə milli müqaviməti də ilk olaraqməhz polis orqanları təşkil ediblər. Azərbaycanın ərazi bütövlüyüuğrunda şiddətli döyüşlərdə də daxili işlər orqanlarınınəməkdaşları ön xəttə mübarizə aparıblar. Bu ağır döyüşlərdə daxiliişlər orqanlarının şəxsi heyəti 1695 şəhid verib, 1710 əməkdaşı isəyaralanıb.

Ulu Öndər Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətəqayıtdıqdan sonra Azərbaycanın daxili işlər orqanlarının fəaliyyətidaim diqqətdə saxlanılıb. Ümummilli liderin hakimiyyətəqayıdışından sonra hüquq-mühafizə orqanlarının, xüsusilə DİN-inqanunauyğun fəaliyyətini təmin etmək, peşəkar kadrları bu orqandairəliyə çəkməklə onu xalqın və dövlətin layiqli müdafiəçisinəçevirmək istiqamətində lazımi tədbirlər həyata keçirildi", - odeyib.

S.Hüseynova vurğulayıb ki, sonrakı dövrdə Prezident İlham Əliyevdaim Azərbaycan polisinin texniki təchizatının, sosial təminatınınyaxşılaşdırılmasını diqqətdə saxlayıb, bu istiqamətdə müvafiqaddımlar atılıb.

“Bunun nəticəsi idi ki, həm koronavirus pandemiyası dönəmində,həm də 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan polisi üzərinədüşən öhdəlikləri ən yüksək səviyyədə yerinə yetirdi. Vətənmüharibəsində Daxili Qoşunların 66 əməkdaşı şəhid olub, 346 hərbiqulluqçu isə yaralanıb. Onların bu şücaəti dövlət başçısıtərəfindən yüksək qiymətləndirilib. Daxili Qoşunlarınəməkdaşlarından 1690 nəfər cənab Prezident İlham Əliyevinimzaladığı sərəncamlarla orden və medallara, o cümlədən 4 nəfərVətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb”, - deyə deputatəlavə edib.

Elçin Mirzəbəyli isə bildirib ki, Şüvəlanda başqalarınınhəyatını öz həyatlarından üstün tutduqları, nəyin bahasınaolursa-olsun insan həyatını qorumağa çalışdıqları üçün qatilgülləsinə tuş gələn polislərimizin fədakarlığı gerçək birqəhrəmanlıq nümunəsidir.

"Son 30 il ərzində Azərbaycanın dünyəvi, demokratik dövlətquruluşunu, vətəndaşların təhlükəsizliyini, asayişi qoruyanpolislərimizə atılan güllələrin, qumbara qəlpələrinin, ürəklərinəsancılan xəncərlərin ağrısını öz bədənimdə, ürəyimdə hiss edirəm.44 günlük müqəddəs Vətən savaşında, aqressiv, qaniçən separatizminkökünün torpaqlarımızdan kəsilməsiylə, şər, fitnə-fəsad yuvasınındarmadağın edilməsiylə nəticələnən antiterror əməliyyatlarındahəyatını, sağlamlığını itirən igidlərimizin acısını da həmçinin.Onlar da bizim kimi yaşamaq, övladlarının, doğmalarının xoşgünlərinə şahidlik etmək, xoşbəxt olmaq istəyirdilər. Ammahəyatlarını vəzifə və insanlıq borclarını yerinə yetirmək üçünqurban verməyi, canlarını təhlükəsizliyimiz namin fəda etməyi üstüntutdular", -, əlavə edib.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan polisinin fədakarlıq vəqəhrəmanlıq səlnamələrinin cüzi bir hissəsini təşkil edən bufaktları əbəs yerə xatırlatmadım.

"Məqsədim var. Çünki bəzən sosial şəbəkə “qəhrəman”larının,korporativ maraq daşıyıcılarının, nüfuz müvəkkillərinin polisəmünasibətdə amansız, faktlara deyil, şayiələrə, sifarişli, qərəzlivə qondarma ittihamlara söykənən yanaşmalarının şahidi oluram.Polisə qəribə bir yanaşma var belələrində. Sanki polis əməkdaşlarıhansısa başqa bir planetdən gəliblər, onların da hamı kimiailələri, doğmaları, yaxınları, hissləri, arzuları, xəyallarıyoxdur.

Bu qədər qərəz olmaz! Bu ifratçılığın ən son həddidir.

“Uzaqdan baxana döyüş asan gəlir”, – deyib atalar. Maraqlıdır,görəsən hətta öz uğursuzluqlarına görə də polisi ittiham edənadamlar nə zamansa düşünüblər ki, onların öz fikirlərini bu qədərsərbəst şəkildə ifadə etmələri, rahat və təhlükəsiz yaşamaları üçünnə qədər böyük və gərgin əmək sərf olunur. Biz yalnız nəticənigörürük.

Təsəvvür edin, cəmi bir neçə saat polis öz vəzifəsini icraetməsə, nələr baş verə bilər. Təsəvvür etmək belə istəmirəm. Çünkibu bir neçə saatın hər dəqiqəsində nə qədər böyük cinayətlərtörədilə biləcəyini, bu dəqiqələrin hər saniyəsinin qanqoxuyacağını yaxşı başa düşürəm.

Azərbaycan polisinin vəzifəsi bizim təhlükəsizliyimizi,ölkəmizdəki sabitliyi qorumaq olduğu kimi, bizim də borcumuz buprosesə dəstək vermək, Azərbaycan polisinin şərəfli adının üzərinəkölgə salmamaqdır. Çünki polisin nüfuzunun zədələndiyi yerdəyaranan boşluqları qatillər, oğrular, terrorçular, həyatımıza,əmlakımıza, dövlətimizin təhlükəsizliyinə qənim kəsiləncinayətkarlar tutur", - Mirzəbəyli vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
11
3
az.trend.az

4Источники