RU

Rusiya İstintaq Komitəsinin rəhbəri ölüm hökmünün qaytarılması məsələsinə baxmağı təklif edib » AzadMedia.az


Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin ölüm cəzasına qoyulan moratoriumun götürülməsi imkanının nəzərdən keçirilməsini təklif edib.

Bu barədə İstintaq Komitəsinin sədri Sankt-Peterburqda keçirilən Beynəlxalq Gənclər Hüquq Forumunun plenar sessiyasında bildirib.

O, ölkədə ağır cinayətlərin sayının artdığını qeyd edib və bununla bağlı ölüm hökmünün qaytarılması barədə düşünməyi təklif edib: “Biz ölüm cəzasına qoyulan moratoriumun götürülməsi imkanlarını nəzərdən keçirməliyik. Bəzi hallarda bundan istifadə edilməlidir”.

Eyni zamanda A.Bastrıkin hesab edir ki, bunun üçün prezidentin fərmanı kifayətdir: “Bəzi ixtisaslı hüquqşünaslar mənə dedilər ki, Konstitusiyanın dəyişdirilməsinə ehtiyac var, referendum keçirilməlidir. Lakin hesab edirəm ki, ölüm cəzasına qoyulan moratorium sadəcə olaraq prezidentin fərmanı ilə götürmək lazımdır”.
Избранный
48
9
azadmedia.az

10Источники