RU

Bahar MuradovaMərakeşdə Abdelilah Benarafailə görüşüb (FOTO)

Bakı. Trend:

Qayğı iqtisadiyyatı və sosial müdafiə: Qadınlarınsəlahiyyətləndirilməsi, iş imkanları və rifahının təmin edilməsininəsasları” mövzusunda I Beynəlxalq Konfrans çərçivəsində MərakeşKrallığında səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrəDövlət Komitəsinin sədri Bahar Muradova İslam Dünyası Təhsil, Elmvə Mədəniyyət Təşkilatının (İCESCO) Mərakeşin paytaxtı Rabatşəhərində yerləşən baş qərargahında qurumun baş direktorununmüavini Abdelilah Benarafa ilə görüşüb.

Trend xəbər verir ki, DövlətKomitəsinin sədrini və onu müşaiyət edən şəxsləri qərargahdasalamlamaqdan məmnun olduğunu bildirən baş direktorun müaviniAzərbaycanın bu təşkilata üzvlüyü çərçivəsində fəaliyyəti və həyatakeçirdiyi tədbirləri yüksək qiymətləndirərək ailə məsələləri vəsosial siyasət sahəsində də əməkdaşlığın inkişafında və birgətədbilərin keçirilməsində maraqlı olduqlarını vurğuladı.

Baş direktorun müavini nümayəndə heyətinə Beynəlxalq Konfransdaaktiv iştiraka görə də öz təşəkkürünü bildirərək,AzərbaycanınİCESCO-nun ən etibarlı tərəfdaşı olduğunu bildirib.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Bahar Muradovaİslam Dünyasının birliyi və üzv ölkələrin ahəngdar inkişafınatöhfələri ilə seçilən bu təşkilatın baş qərargahında olmaq vəDövlət Komitəsi ilə İCESCO arasında əməkdaşlıq haqqında müzakirəaparmaq imkanının yaradılmasından məmnunluğunu ifadə edib.

Görüş zamanı Beynəlxalq təşkilatla Azərbaycan arasındaəməkdaşlığın inkişafının təşviqi, əsasən sosial və humanitarsahələrin inkişafı, qadın və gənclərin bacarıqlarının artırılmasınadair fikir mübadiləsi aparılıb.

Həmçinin Şuşa şəhərinin 2024 cü ildə İslam dünyasının Mədəniyyətpaytaxtı elan edilməsinin bu istiqamətdə fəaliyyətə böyük təkanverdiyi də xüsusi vurğulanıb.

Tərəflər İCESCO və Azərbaycan arasında xüsusi münasibətlərininkişaf etdirilməsi istiqamətlərini də müzakirə ediblər.

Bahar
Bahar
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
10
az.trend.az

10Источники