RU

“Azərbaycana qayıtmayacam” – Nöqtə qoydu

Ötən mövsüm “Kəpəz”in heyətində inamlı çıxışı ilə seçilənlərdən biri də İqor Rodriges idi.

Portuqaliyalı qapıçı bir çox oyunlarda “çərçivə”də inamlı görünməklə komandasının Premyer Liqada qalmasında əsas adlardan oldu.

Qərb təmsilçisinin İqorla yola davam etməyəcəyi dəqiqdir. Klub qolkiperin maddi şərtlərini qarşılamaq gücündə olmadığından, tərəflər arasında yeni sözləşmə imzalanmayacaq.

Əldə etdiyimiz bilgiyə görə, onunla elitanın digər klubları yaxından maraqlanır.

Rodriges Sportinfo.az-a verdiyi açıqlamada Azərbaycan çempionatında oynamaqdan məmnunluğunu bildirərək karyerasını ölkəmizdə davam etdirmək fikrində olmadığını deyib.

29 yaşlı futbolçu hazırda başqa ölkələrdən olan təklifləri dəyərləndirir ki, onların arasında Portuqaliya klubları da var.

İqor Rodriges ötən mövsüm meydana çıxdığı 24 oyunda qapısından 42 top buraxıb, 4 matçda qapısının toxunulmazlığını qorumağı bacarıb.

HƏBİB

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
sportinfo.az

1Источники