Fövqəladə Hallar Nazirliyi Bakıda restoranda baş verən yanğın barədə məlumat yayıb.
Olaylar.az FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 500 m² olan birmərtəbəli obyektin (restoran kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə, havalandırma qurğusunun izolyasiya üzlüyü 30 m² sahədə, 1 ədəd elektrik lövhəsi və 25 p.m elektrik kabeli yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
------------
15:17
Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən restoranda baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
-------
14:55
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) sorğumuza cavab olaraq bildirilib ki, qurumun qaynar xəttinə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən restoranda yanğın olması barədə ilkin məlumat daxil olub:
"Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək".
--------
14:44
Gənclikdə "The Mood" restoranı yanır.
Olaylar.az xəbər verir ki, restoranın yanması ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Həmin görüntüləri təqdim edirik: