RU

"Bu, Rusiyanın siyasi hakimiyyəti üçün müsbət məqam deyil"-Əli Zülfüqaroğlu- ÖZƏL

"Hesab edirəm ki, Zaxarovanın Qriqoryanın fikirlərinə cavab olaraq verdiyi bu açıqlama Rusiyanın siyasi rəhbərliyi üçün müsbət məqam deyil, eyni zamanda Rusiyanın beynəlxalq imici üçün müsbət dividentlər gətirmir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib:

"Bununla Rusiyanın xarici siyasətini həyata keçirən qurumun önəmli simalarından biri əslində Rusiyanın beynəlxalq hüquqa hörmət etmədiyini və işğalçıya dəstək verdiyini ortaya qoyur. Təbii ki, biz, zaman-zaman Rusiyanın erməni işğalçılarına və separatizminə dəstək verdiyini müşahidə etmişik. Bu baxımdan Zaxarovanın verdiyi açıqlamada təəccüblü heç nə olmasa da, indiki vəziyyət onu deməyə əsas verir ki, Rusiya bu tipli yanaşmalar sərgiləyəndə, xüsusilə Azərbaycanla münasibətdə, kifayət qədər ehtiyatlı olmalıdır. Çünki Cənubi Qafqazda vəziyyət kifayət qədər dəyişib. Yeni reallıqlar var. Bu açıqlamanın mahiyyəti Ermənistanın daxili auditoriyasına hesablansa da, yəni əslində Ermənistan hökumətinin Qarabağın işğaldan azad olunması baxımından xalq qarşısında günahkar duruma salmaq məqsədi daşısa da, burada Azərbaycanla bağlı yanaşmada xüsusi həssaslıq nümayiş etdirilməlidir. Çünki son zamanlar həm Ermənistan, həm də Rusiya bir-birinə qarşı sərt ritorikadan istifadə edərkən Azərbaycan amili önə çəkilir. Qriqoryan son açıqlamasında bildirmişdi ki, Rusiya Qarabağı guya ermənilərdən alıb, Azərbaycana verib və bir növ Qərblə əməkdaşlıq perspektivlərinə haqq qazandırmağa çalışır. Eyni zamanda Rusiya da erməni ictimaiyyətinə yönəlik səsləndirilən bu açıqlamalarda Paşinyan hökumətini günahkar çıxarır. Yəni qarşılıqlı ritorikalarda səsləndirilən bu fikirlər beynəlxalq hüquqa hörmətsizliyi özündə ehtiva edir və hər iki dövlətə baş ucalığı gətirmir".

Ə.Zülfüqaroğlu həmçinin qeyd edib ki, hər iki dövlət daxili auditoriyalara yönələn fikirlər səsləndirərkən də Azərbaycan məsələsi ilə bağlı kifayət qədər həssas yanaşma sərgiləməlidir:

"Çünki öncə bu cür açıqlamalar verilərkən açıqlamanı verən şəxs təmsil etdiyi dövlətin beynəlxalq imicinə zərər vermiş olur. Zaxarova da bilməli idi ki, onun təmsil etdiyi ölkənin prezidenti Vladimir Putin müharibə zamanı mövqeyini konkret olaraq ortaya qoyub və bildirmişdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu müharibəyə müdaxilə edə bilməz. Çünki müharibə Azərbaycan ərazilərində gedir. O, Ermənistanın Rusiyadan dəstək gözləməməsini vurğulamışdı. Buna görə də Zaxarova öz dövlət başçısını təkzib edir və hesab edirəm ki, bu, Rusiya rəhbərliyinə müsbət dividend qazandırmır. Ona görə də istər Ermənistan rəhbərliyi, istərsə də Rusiya rəhbərliyi olsun, bu tipli açıqlamalar verərkən Azərbaycan faktorundan istifadə etməməlidir. Çünki artıq Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam olaraq təmin edib, bölgədə yeni reallıqlar yaradıb və öz maraqlarına qarşı heç bir siyasətin həyata keçirilməsinə imkan vermir. Kifayət qədər geniş, çoxşaxəli siyasət yürüdür. Türkiyə kimi böyük güc olan dövlətlə strateji münasibətlərini inkişaf etdirir. Şuşa bəyannaməsi Azərbaycan-Türkiyə strateji münasibətlərinin inkişafı üçün başlıca şərtlərdən biridir və bununla dövlətlər bir-birinin ərazi bütövlüyünə olan təhdidlərin aradan qaldırılması ilə  bağlı öhdəliklər götürüblər. Bu baxımdan əvvəlki dönəm artıq geridə qalıb və yeni siyasi vəziyyət var. Hər bir dövlət hesab edirəm ki, bununla hesablaşır. Bu baxımdan bu tipli açıqlamalar verilərkən dövlətlər, ümumiyyətlə, dövlət rəsmiləri beynəlxalq norma və prinsiplərə sayğısızlıq nümayiş etdirməməli, eyni zamanda, öz dövlətlərinin və siyasi hakimiyyətlərinin imicinə xələl gətirməməli və öncə özlərinə hörmət qoymalıdır".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
olaylar.az

1Источники