RU

Dünyanı heyrətə gətirən ölümlər davam edir – Müəmmanı hələ ki çözən yoxdur

Turizm adasında itən və öldürülən turistlərin sayı artmaqda davam edir.

KONKRET.az xəbər verir ki, bu dəfə yelkən yarışlarına qatıldığı iddia edilən 44 yaşlı britaniyalı turist körpüdə ölü tapılıb.

Xatırladaq ki, yay aylarının gəlməsi ilə Egeydəki Yunan adalarında itən və ölən turistlərin sayı diqqət çəkir. Bu dəfə polis və sahil mühafizə qrupları xəbərdar edildi. 44 yaşlı britaniyalı turistin bu səhər Spetses adasındakı Tsaldari körpüsündə dənizçilər tərəfindən ölü tapılması aləmi bir-birinə vurdu.

İlkin təsbitlərə görə kəllə-beyin travması aşkarlanan britaniyalı turistin cəsədi yarılma üçün Pireyə göndərilib. İngilis turistin adada davam edən yelkən yarışlarına qatıldığı bildirilib.

Yay aylarının gəlməsi ilə Yunanıstanın Egey adalarında itən və ölən xarici turistlərin sayında artım pik həddə çatıb. Təkcə bir həftə ərzində Krit adasındakı Xanya şəhəri, Soygia və Agia Roumeli arasındakı dağlarda gəzintiyə çıxan və itən alman turist ölü tapılmışdı.

Egey dənizinin ortasındakı Skinos adasına tətilə gələn və iki ayrı oteldə qalan 73 və 64 yaşlı iki fransız qadının 5 gün əvvəl gəzintiyə çıxdıqdan sonra otellərinə qayıtmadığı və axtarış apardığı bildirilib. Adada xilasetmə işləri başlasa da, turistlər hələ də tapılmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
konkret.az

1Источники