RU

Azərbaycanda klub baş məşqçini istefaya göndərdi – ŞÜBHƏLİ QƏRAR

“Səbail“ rəhbərliyi ikinci komandanın baş məşqçisi Asif Mirili ilə yolları ayırıb.

“Dənizçilər“ 2 ildən çoxdur burada çalışan gənc mütəxəssisə yeni müqavilə təklif etməyib.

Kollektiv ötən mövsüm Əvəzedicilər Liqasını 7-ci pillədə başa vurub, amma zənn etməyin ki, idarəçilərin bu qərarı nəticənin pis olmasından qaynaqlanır.

Vidanın kökündə başqa, özü də kifayət qədər ciddi “əmma“ dayanır. “Səbail“dəki dostlar Asif Mirilinin yola salınmasına gətirib çıxaran məqamlar barədə redaksiyamıza bəzi məlumatlar verib.

Hadisənin təfsilatı ilə bağlı ən qısa zamanda oxucularımıza çox maraqlı məlumatlar verəcəyik. Bizi izləməkdə olun…

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
sportinfo.az

1Источники