RU

Rusiyada məşhur tarixçiyə qarşı cinayət işi qaldırıldı

Moskva prokurorluğu tarixçi və müəllim Tamara Eydelmana qarşı “nasizmin reabilitasiyası” maddəsi ilə cinayət işinin başlandığını elan edib.

Səbəb onun video bloqunda söylədiyi fikirlərdir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, 64 yaşlı yəhudi əsilli Eydelman Rusiyanın əməkdar müəllimi, 1,66 milyon abunəçisi olan YouTube kanalının müəllifidir.

O, “Tamara Eydelmanla tarix dərsləri” adlı YouTube kanalını idarə edir. Videolardan birində o, Rusiyada İkinci Dünya Müharibəsi tarixinin təhrif edildiyinə və bundan Ukraynaya hücuma haqq qazandırmaq üçün də istifadə edildiyinə diqqət çəkib.

Eydelman Rusiyada yaşamır; o, 2022-ci ildə Rusiyanın Ukraynanı işğalından sonra ölkəni tərk edib. Rusiyalı tarixçi müharibə əleyhinə mövqeyi ilə tanınır.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
0
musavat.com

1Источники