RU

Çaylarda gözlənilən daşqın və sel ilə bağlıxəbərdarlıq

Çaylarda

Bakı, 28 iyun, AZƏRTAC

İyunun 29-da Daşkəsən–Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara bölgəsində leysan xarakterli yağış yağacağı və dolu düşəcəyi gözlənilir ki, bu da qeyd olunan ərazilərdən axan çaylarda sululuğun artması və sel keçməsi ehtimalını yaradır.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Baş hidroloq sel təhlükəsi olan ərazilərdən axan çaylarda baş verə biləcək daşqınlarla əlaqədar çay sahilində yaşayan və istirahət edən vətəndaşların diqqətli olmasına çağırış edib: “Vətəndaşlara çayların sahilindən mümkün qədər uzaq olmaq, təhlükəsiz yerlərdə dayanmamaq, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməmək və dərhal ərazini tərk etmək tövsiyə edilir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
49
azertag.az

10Источники