RU

Coşqun Diniyevi 2 Türkiyə klubu istəyir – EKSKLÜZİV

Türkiyənin "Ümraniyəspor" klubundan ayrılan millimizin futbolçusu Coşqun Diniyev qardaş ölkədə çıxışını davam etdirəcək.

Bu barədə futbolçunun özü Prosport.Az-a müsahibəsində (tezliklə bu müsahibəni saytımızda oxuya biləcəksiniz – red.) bildirib.

O bildirib ki, Türkiyədə 2 klubdan təklifi var. Bunlardan biri "Bandırmaspor"dur. 

Qeyd edək ki, ötən mövsümü 50 xalla 9-cu sırada başa vurmuş komandaya 20 gün əvvəl Mustafa Gürsel baş məşqçi təyin olunub. Bu məşqçi ötən mövsümün ilk yarısında Coşqun Diniyevin "Ümraniyəspor"da məşqçisi işləyib. O, fevralın 3-də "Bodrum"a 1:2 məğlub olduqdan sonra klubdan ayrılıb. Daha sonra Gürsel millimizin digər üzvü Ramil Şeydayevin oynadığı "Kocaelispor"u çalışdırıb. Lakin mayın 12-də bu klub Super Liqaya çıxa bilmədiyi üçün onunla yollar ayrılıb.

Xatırladaq ki, Coşqun Diniyev ötən mövsüm Türkiyə I Liqasında 3 qol vurub və 2 məhsuldar ötürməyə imza atıb. "Ümraniyəspor" mövsümü 43 xalla 11-ci pillədə başa vurub.

Səbuhi Musa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
prosport.az

1Источники